Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Dağlıq Qarabağ kimi münaqişələr regional və qlobal əməkdaşlığa ciddi təhlükə yaradır”
11.10.11 19:56

“Müasir dünyada dondurulmuş, həllini gözləyən problemlər, xüsusilə də GUAM məkanındakı Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələr regional və qlobal əməkdaşlığa ciddi təhlükə yaradır, sülhə, sabitliyə ciddi əngəllər törədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Azərbaycanda səfərdə olan Baltikyanı Assambleyadakı (BA) Litva nümayəndə heyətinin rəhbəri İrena Siauliene bildirib. O, qeyd edib ki, istənilən halda münaqişələrin hərb yolu ilə həlli yeganə çıxış yolu deyil. “Biz münaqişələrin dinc, danışıqlar yolu ilə həllinə tərəfdarıq. BA-nın bir müddət öncə qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müddəalar öz əksini tapıb və orada qeyd olunub ki, bu münaqişə sülh yolu ilə öz həllini tapmalıdır. Biz bu münaqişənin sülh yolu ilə həllini istəyirik”,-deyə İ.Siauliene vurğulayıb. Onun sözlərinə görə, bu gün təhlükəsizliklə bağlı çağırışlar da müxtəlifdir. “Yeni təhlükəsizlik aspektləri ortaya çıxıb. Ona görə də təhlükəsizliyə ciddi əngəl yaradan problemlərin aradan qaldırılması üçün regional əməkdaşlığı daha yüksək səviyyədə qurmalıyıq. İlk siyasi diskussiyaların müxtəlif formalarını təşkil etməliyik”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4833.html