Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan XİN rəsmisi: Minsk Qrupu Qarabağ münaqişəsinin süni yollarla uzadılmasına imkan yaradır
12.10.11 01:56

“Bu gün ATƏT Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin süni yollarla uzadılmasına əsl imkanlar yaradır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Milli Məclisdə keçirilən tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik İdarəsinin 2-ci katibi Elçin Hüseynli deyib. O, qeyd edib ki, Minsk Qrupunun üzərinə iyirmi ildir ciddi məsuliyyət düşməsinə baxmayaraq, onlar hələ də bunu hiss etmirlər. “Çox təəssüf edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq vasitəçilər olan ATƏT Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək əvəzinə, bu münaqişənin süni yollarla uzadılmasına imkan yaradırlar. Onlar öz missiyalarının öhdəsindən layiqincə gəlmirlər. Münaqişənin həll olunması prosesinə öz töhfələrini vermirlər. Bu qəbul olunmaz bir haldır”,-deyə E.Hüseynov vurğulayıb. Onun sözlərinə görə, Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində bu cür passivliyi qurumun Qafqazdakı nüfuzunu ciddi zərbə altına ala bilər.
URL / WWW
http://kelam.az/article/a-4832.html