Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Deputat Elman Məmmədov: BMT-nin və NATO-nun Ermənistana gücü çatmır
11.10.11 19:56

“ATƏT Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, buna baxmayaraq ABŞ hər il Ermənistana yardımlar edir, Rusiya bu ölkəni silahla doldurur, Fransa isə ermənilərə öz bacısı kimi baxır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün GUAM PA-nın Milli Məclisdə təşkil etdiyi Dəyirmi masada Azərbaycanın qurumdakı üzvü, deputat Elman Məmmədov deyib. O, qeyd edib ki, Ermənistan kimi bu cırtdan ölkəyə BMT-nin, ya da NATO-nun gücü çatmır. “1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə dünyanın yadına sülh və demokratiya düşmürdü. İndi Azərbaycan güclənib, güclü ordusu var. Bunu görən dünya birliyinin yadına demokratiya və sülh düşür? Biz hamıdan çox sülh istəyirik. Amma dünya birliyinin çıxardığı qərarlara hörmət etməyən qüvvələr tərəfindən biz müharibəyə təhrik edilirik”,-deyə azərbaycanlı deputat bildirib. E.Məmmədov qeyd edib ki, Azərbaycan başqa dövlətlərin ərazisində müharibə aparmaq istəmir, sadəcə öz ərazisində antiterror əməliyyatı keçirəcək. “Bizim buna haqqımız da var. Necə olur ki, Rusiya iyirmi ildir Şimali Qafqazda antiterror əməliyyatı keçirərək silahlılarla yanaşı, dinc əhalini də qırır, amma dünya niyə göz yumur? Minlərlə çeçen xalqını qırdı, amma Qərb qorxusundan Rusiyaya heç nə etmədi”,-deyə millət vəkili əlavə edib. O, xatırladıb ki, Azərbaycanda soyqırım baş verən Xocalıdandır. “Mənim yaşadığım və o vaxt rəhbərlik etdiyim Xocalı şəhərinin əhalisi ermənilər tərəfindən bir gecədə qırıldı. Mən bu baxımdan dünya təşkilatlarını ədalətli olmağa çağırıram”,-deyə o, bildirib.
URL / WWW
http://kelam.az/article/a-4831.html