Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mixail Qusman: Sosial media hətta tarixin kursunu da dəyişə bilər
11.10.11 19:56

Bugün paytaxtda Beynəlxalq Humanitar Forumun “Sosial jurnalistika və yüksək texnologiyalar” istiqaməti üzrə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, forumda ənənəvi xəbər sənayesi və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələr, həmçinin qloballaşma dövründə informasiya sahəsində yeni meyillər müzakirə edilib. “AzərTac” Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq forumda dövlət agentliyinin direktoru Aslan Aslanov ənənəvi medianın necə dəyişdiyini, informasiya istehsalına və onun istehlakçılarına təsir göstərilməsindən danışıb. Aslan Aslanov, həmçinin iqtisadiyyatın informasiya sektoruna təsirindən söz açıb. Bundan əlavə, müxtəlif yeni media texnologiyaları və informasiya istehsalçılarının gündəlik peşəkar fəaliyyətində həmin texnologiyalardan necə istifadə etməsi məsələləri də müzakirə obyektinə çevrilib. “Assoşieyted Press” Agentliyinin direktor müavini Tomas Kent “Jurnalistikada yeni və köhnə modellər: nəyi saxlamaq və nəyi dəyişmək olar” mövzusunda çıxış edib. T.Kentin sözlərinə əsasən, 21-ci əsr mediası keçmişdə olan media ilə çox fərqlənir. “Hər kəsin həyatının bir hissəsinə çevrilmiş internet və sosial şəbəkələrlə media sektorunun gələcəyi necə olacaq? Düşünürəm ki, xəbər agentlikləri bu sektorda özlərinin başlıca rollarını saxlaya biləcəklər” - deyə o, əlavə edib. İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman da öz təcrübi biliklərini konfransda bölüşüb. O, sosial medianın milli və regional siyasətə bəzən effektli təsir edə bilməsini, hətta tarixin kursunu dəyişə bilməsini də vurğulayıb: “Müasir dünyada sosial şəbəkələr ənənəvi seçkilərdən başqa, həm dövlət siyasətinə fəal ictimai müdaxiləni gücləndirə bilir, həm də eyni zamanda cəmiyyəti müxalif yöndə səfərbər edə bilir. Belə ki, biz bunun bəzi regionlarda baş verməsinin şahidi olmuşuq və buna hətta “Facebook inqilabı” da deyirlər. Dünyanı silkələyə biləcək yeni güc – sosial media şəbəkələri mövcuddur”.
URL / WWW
http://kelam.az/article/a-4830.html