Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov YUNESKO-nun Baş direktorunun müavinini qəbul edib
11.10.11 19:56

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan YUNESKO-nun Baş direktorunun müavini Yanis Karklinsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə,görüşdə ölkəmizlə YUNESKO arasındakı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb və əlaqələrin səviyyəsindən məmnunluq bildirilib. Elmar Məmmədyarov YUNESKO-nun dünyada elm və mədəniyyətin inkişaf etdirilməsində rolunu vurğulayıb və bu istiqamətdə kifayət qədər mandata sahib olan bir institut olduğunu diqqətə çatdırıb. Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun dünyada elm və mədəniyyətin üzləşdiyi çağırışları cavablandırmaqda mühüm rol oynayacağı vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-4829.html