Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov AŞ PA Prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb
12.10.11 02:56

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ölkəmizin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən nazir E.Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini bildirib. M.Çavuşoğlu Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb və bu Forumun multikulturalizmin inkişafına böyük tövhə verəcəyinə əminliyini bildirib. O, mədəniyyətlərarası dialoqun aparılmasında ölkəmizin rolunun AŞ PA tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Həmçinin görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
URL / WWW
http://kelam.az/article/a-4828.html