Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Baltik Assambleyası beynəlxalq təşkilatları Qarabağ münaqişəsinin həllinə çağırır
11.10.11 19:56

“Biz bütün beynəlxalq təşkilatları Qafqaz regionundakı münaqişələrin həllinə çağırırıq. Qafqazda münaqişələr həll olunmadıqca ətraf regionlar üçün də sülhə zəmanət yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Milli Məclisdə keçirilən “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” adlı Dəyirmi masada Baltik Assambleyasının (BA) prezidenti xanım Laine Randray bildirib.O, qeyd edib ki, Qafqazdakı münaqişələrin həll olunması gecikdikcə onun təhlükə dairəsi də genişlənir. “Qonşu regionlarda münaqişələr həll olunmadıqca biz heç bir inkişafa nail ola bilməyəcəyik. Məhz bu səbəbdən 2009-cu il 28 noyabr tarixində BA Qafqaz regionunda geosiyasi sabitliyin bərqərar olması ilə bağlı iki sənəd qəbul edib. Bu sənədlərdən biri də məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Sənəddə münaqişənin beynəlxalq prinsiplər əsasında tezliklə həll olunması tələb olunur. Digər sənəd isə Gürcüstanın ərazi bütövlüyünün bərqərar olması ilə bağlıdır”-deyə L.Randray vurğulayıb. BA prezidentinin sözlərinə görə burada münaqişələr həll olunmadıqca ətraf ölkələrdə, xüsusilə də Baltikyanı ölkələrdə sabitlikdən söhbət gedə bilməz.
URL / WWW
http://kelam.az/article/a-4827.html