Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimatı olacaq
11.10.11 19:56

Oktyabrın 14-ü “Hilton-Bakı” otelində “Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimat mərasimi keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, kitabın müəllifləri "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqazın Strateji Tədqiqatları İnstitutunun (QSTİ) direktoru Eldar İsmayılovdur. Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti - münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb. Kitabda münaqişənin başa çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər öz əksini tapıb. Tədbirdə Azərbaycan Prezidentinin Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalıların iştirakı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-4826.html