Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dövlət büdcələrinin təhlili Ermənistanın daha çox hərbiləşdiyini göstərir
11.10.11 19:56

Bu gün Ermənistan əsassız olaraq Azərbaycanı regionda silahlanma balansını pozmaqda günahlandırır. Lakin dövlət büdcələrinin təhlili Ermənistanın daha çox hərbiləşdiyini göstərir. Təkcə ötən il Ermənistan 16 min, ondan əvvəlki il isə 78 min ədəd “Kalaşnikov” avtomatı alıb. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Milli Məclisdə GUAM Parlament Assambleyası və Baltik Assambleyasının keçirdiyi Dəyirmi masada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin katibi Elçin Hüseynli bildirib. O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrində 48 884, Dağlıq Qarabağda isə 45 min şəxsi heyət var. “Bu bir yerdə 93 min nəfərdən çoxdur. Azərbaycan isə 1992-ci ildə üzərinə götürdüyü öhdəliyə əsasən 70 min şəxsi heyət saxlayır” - deyə XİN rəsmisi vurğulayıb. E.Hüseynli onu da deyib ki, Ermənistana silah satışına Latviyanın “Latspeceksports” şirkəti də cəlb olunub. XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarlara müraciət edərək onları bu məsələni araşdırmağı çağırıb. E.Hüseynli onu da bildirib ki, Azərbaycanın əldə etdiyi silah-sursat enerji infrastrukturun mühafizəsinə yönəlib.
URL / WWW
http://kelam.az/article/a-4825.html