Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putin Çinlə 30 illik müqavilə bağlamaq istəyir
12.10.11 02:56

Rusiyanın baş naziri Vladimir Putinin bu gün Çinə iki günlük səfəri başlayır. Səfərin gündəliyində enerji məsələlərinin müzakirəsi var. Putinin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Çin rəsmiləri ilə bu ölkəni qazla təchiz edəcək uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparacaqlar. Söhbət 30 illlik razılaşmadan gedir. “KƏLAMİNFO” “svobodanews.ru”ya istinadən xəbər verir ki, müqavilənin indi imzalanacağı gözlənilmir. Çünki iki tərəf arasında qazın qiyməti ilə bağlı hələ razılaşma əldə olunmayıb. Səfər zamanı Rusiya-Çin arasında ticarət əlaqələrinin hərtərəfli inkişafının müzakirəsi də dayanır. Tərəflər 2020-ci ilə qədər ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyirlər. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 59 milyard dollar olub.
URL / WWW
http://kelam.az/article/a-4824.html