Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Rusiyalı nazir: “Azərbaycan Avropa ilə Asiya arasında bütün sahələrdə körpü rolunu oynayır”
12.10.11 02:55

“Ölkələrin hərtərəfli inkişafı və müasirləşdirilməsi zamanı insanın intellektini maarif və mədəniyyət formalaşdırır. Ona görə ictimai inkişafın humanitar sahəsi barədə ciddi düşünmək lazımdır və bu təşəbbüsün Bakı tərəfindən verilməsi təqdirəlayiq haldır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev bildirib. O qeyd edib ki, Azərbaycan bu gün də Avropa ilə Asiya arasında bütün sahələrdə körpü rolunu oynayır. “Azərbaycan xalqının mehribançılığı, rəhbərliyinin müdrikliyi - bunların hamısı humanitar sahədə başlıca məsələlər barədə müzakirə aparmaq üçün Bakını əlverişli məkana çevirib” - deyə rusiyalı nazir vurğulayıb. Nazir deyir ki, bu gün Bakıda olan dəyişiklik onu valeh edir: “Azərbaycan demək olar ki, sürətlə dəyişir”.
URL / WWW
http://kelam.az/article/a-4823.html