Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanlı alim Babur adına beynəlxalq mükafata layiq görülüb
10.10.11 19:26

AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgər böyük dövlət xadimi, Hindistanda 332 il (1526-1858) hökm sürən Baburilər sülaləsinin banisi, görkəmli şair, nasir, ədəbiyyatşünas və tərcüməçi Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə Babur adına beynəlxalq mükafata layiq görülüb. Məlumatı “KƏLAMİNFO”ya AMEA Folklor İnstitutundan veriblər. Qeyd edək ki, R.Əsgər bu günə kimi XX əsr özbək şeiri antologiyasını, bu il isə tanınmış şair-hökmdar Sultan Hüseyn Bayqaranın “Divan”ını da tərcümə edib.Xatırladaq ki, “Baburnamə” bu günə qədər 30-dan çox xarici dilə tərcümə edilib, Baburun əfsanəvi həyatı haqqında onlarca roman və povest yazılıb. Baburun vətəni olan Əndican şəhərində (Özbəkistan) şairin adını daşıyan beynəlxalq fond, “Babur və dünya mədəniyyəti” adlı muzey fəaliyyət göstərir. Hər il həmin fond tərəfindən Baburun əsərlərini tərcümə edən, onun haqqında elmi araşdırmalar aparan şəxslərə Babur adına beynəlxalq mükafatlar verir.
URL / WWW
http://kelam.az/article/a-4821.html