Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Yahoo!”nun keçmiş prezidenti evini satışa çıxarıb
10.10.11 19:26

«Yahoo!» kompaniyasının keçmiş prezidenti Terri Semel Beverli Hillzdəki evini satışa çıxarıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, daşınmaz əmlakın satışı ilə məşğul olan «Real Estalker» resurs mərkəzi evin 12,275 mln. dollara satışa çıxarıldığını yazıb. Mülkün sahəsi 800 kv.metrdir, orada 4 yataq və 6 vanna otağı var. Semel 2007-ci ildə «Yahoo!»nun prezidenti postunu tərk etməli olub. Buna səbəb kompaniyanın səhmdarlarının onun fəaliyyətindən narazılığı olub. Bu kompaniyada işlədiyi müddətdə isə 500 mln. dollar vəsait toplamağa müvəffəq olub. Populyarlığına görə dünyanın ən aparıcı axtarış sistemi olan «Yahoo!» 1994-cü ilin yanvarında Stenford Universitetinin aspirantları Devid Faylo və Cerri Yanq tərəfindən təsis edilib.
URL / WWW
http://kelam.az/article/a-4818.html