Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Misirdə baş verən qarşıdurmada azı 24 adam ölüb
10.10.11 19:26

Qahirədə xristian koptlarla polislər arasında baş verən qarşıdurma nəticəsində azı 24 adam ölüb, 200-dən artıq adam yaralanıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, minlərlə xristian kopt dövlət televiziyasının binası qarşısına yığışaraq Asuan əyalətindəki kilsəyə hücuma etiraz ediblər. Etirazçılar polisə daş və yandırıcı butulkalar atıblar. Bir neçə maşını yandırıblar. Asuan əyalətinin qubernatoru Mustafa əl-Səidin şəklini yandırıblar. Qubernator Marinap kəndindəki kilsənin qanunsuz tikildiyini bildiribmiş. Etirazçılar onun istefa verməsini, kilsənin isə bərpa olunmasını tələb ediblər. Xristian koptlar 80 milyon əhalisi olan Misirin 10 faizini təşkil edirlər.
URL / WWW
http://kelam.az/article/a-4815.html