Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Şeyxülislamı öldürmək istədilər
10.10.11 19:26

Çeçenistanın keçmiş Şeyxülislamı Şəmsəddin Batukayevə İstanbulun Zeytunburnu səmtindəki evində silahlı hücum etmək istəyən killer son anda yaxalanaraq polisə təhvil verilib. Bəhram Batumayev adlı 26 yaşlı killer oktyabrın 7-də Batukayevin qaldığı evə gələrək yardım istədiyini bildirib və evə çıxıb. «KƏLAMİNFO» Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki çeçen mühafizəçinin zərərsizləşdirdiyi killerin üzərindən bir tapança və saxta Rusiya pasportu çıxıb. Sui-qəsd əmrini Rusiyaya yaxınlığı ilə tanınan Çeçenistan prezidenti Ramzan Kadırovun verdiyi bildirilir. 1956-cı ildə Qazaxıstanda anadan olan Batukayev 1960-cı ildə ailəsiylə Çeçenistana köçüb. Litsey təhsilini burada tamamladıqdan sonra Buxara və Daşkənddə memarlıq və din təhsili alıb. Çeçenistanda 4 il Şəriət Məhkəməsinin sədri olan Batukayev Kadırov iqtidara gələndən sonra Türkiyəyə mühacirət edib.
URL / WWW
http://kelam.az/article/a-4814.html