Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İran XİN rəhbəri: Xəzərdə qeyri-regional dövlətin olması yolverilməzdir
10.10.11 19:26

Xəzər dənizi beş Xəzəryanı dövlətə məxsusdur və dənizdə qeyri-regional dövlətin olması yolverilməzdir. Bu sözləri İran İslam Respublikasının XİN rəhbəri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, Xəzərlə bağlı istənilən qərar bütün Xəzəryanı dövlətlərin iştirakı ilə, xarici müdaxilə olmadan qəbul edilməlidir. «KƏLAMİNFO» «MehrNews»a istinadən xəbər verir ki, XİN rəhbəri vurğulayıb ki, İran Xəzər dənizinin ətraf və dəniz mühitinin qorunmasına böyük önəm verir. Onun sözlərinə görə, ərazi və sərhəd suları ilə bağlı qərar qəbul edərkən, Xəzəryanı dövlətlər dənizin hüquqi rejimi üzrə Konvensiyaya uyğun olaraq konsensusa gəlməlidirlər. O, əlavə edib ki, son vaxtlar Xəzəryanı dövlətlərin XİN rəhbərləri səviyyəsində bu konvensiyanın işlənməsi və qəbulu ilə bağlı iclaslar keçirilib. «Yaxın vaxtlarda Astanada bu məsələ ilə bağlı növbəti iclas keçiriləcək» - deyə iranlı nazir vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4812.html