Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » E.Məmmədov: GUAM-ın əhatə etdiyi dövlətlərin regionda yaşanan münaqişələrlə bağlı təşəbbüsləri əhəmiyyətlidir
10.10.11 19:26

GUAM-ın əhatə etdiyi dövlətlərin regionda yaşanan münaqişələrlə bağlı təşəbbüsləri əhəmiyyətlidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən GUAM Parlament Assambleyası ilə Baltik Assambleyasının “Sərhədlər üzərindən əlaqələrin qurulması” adlı birgə Beynəlxalq konfransın açılışında GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib. O bildirib ki, müstəqillik əldə etməklə Azərbaycan Ermənistanın işğalçı siyasəti ilə qarşılaşıb. “Beynəlxalq ictimaiyyət bu problemi çözmək əvəzinə ikili standartlar yürüdürlər”-deyə o deyib E.Məmmədovun sözlərinə görə, konfransın keçirilməsi GUAM PA və Baltik Assambleyası arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, konfrans çərçivəsində enerji təhlükəsizliyi, GUAM və Baltik regionunda suyasi sabitl, inteqrasiya məsələləri, nanoyexnologiyalar müzakirə olunacaq. E.Məmmədov qeyd edib ki, son illərdə iki qurum arasında əlaqələr inkişaf edir. “Bu iki qurum Xəzər, Qara və Baltik dənizlərini əhatə edən bir əməkdaşlıq qururlar”-deyə millət vəkili vurğulayıb. GUAM PA sədri Anatoli Dimitriu isə bildirib ki, GUAM PA-nın Bakıda keçirilən iclası quruma üzv olan ölkələrin Avropa Birliyinə yaxınlaşması üçün böyük əhəmiyyət kəsb edir.
URL / WWW
http://kelam.az/article/a-4811.html