Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə müzakirə ediləcək
11.10.11 01:26

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təsbit olunmasına dair qətnamənin İsveç parlamentində qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib. İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) “KƏLAMİNFO”ya bildiriblər ki, qətnamə hazırda Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplan tərəfindən qeydiyyatdan keçirilib. Qətnamə layihəsində münaqişənin tarixçəsi təsvir edilib, müharibənin Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçı qüvvələrinin istəkləri üzündən baş verdiyi, nəticədə 1 milyon azərbaycanlı məcburi köçkünün doğma ev-eşiyindən didərgin düşməsi bildirilib. Sənəddə Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaları barədə də bir sıra məlumatlar öz əksini tapıb. Belə cinayətlər sırasına zor gücünə insanların qovulması, evlərin qarət edilməsi və yandırılması, insanların oğurlanması və girov saxlanması, hərbi əsirlərin döyülməsi və edam olunması, hərbi hava qüvvələrindən dinc əhaliyə qarşı istifadə olunması daxildir. Sənəddə Xocalı qırğını dəqiqliklə sənədləşdirilərək nümunə kimi təqdim edilib. Bundan başqa, sənəddə BMT, Aİ və AŞPA qətnamələrində beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü təsdiq etməsi, bütün erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çəkilməsini və bütün məcburi köçkünlərin doğma yurd-yuvalarına dönməsi üçün imkan yaradılması tələbi qeyd edilib.
URL / WWW
http://kelam.az/article/a-4810.html