Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mövlud Çavuşoğlu: “Ermənistan AŞ PA-nın verdiyi qərara hörmət etmir”
11.10.11 02:26

“AŞ PA-nın Dağlıq Qarabağ alt komitəsi olaraq indi biz daha əvvəl ortaya atılmış qətnamə layihəsini müzakirə edirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan AŞ PA sədri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, qurumda dağlıq Qarabağla bağlı alt komitənin yaradılmasında əsas məqsəd mövcud olan problemlərin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaqdır. “Bu gün Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı insani problemlər var və Azərbaycanda bu torpaqlardan didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünlər var. Baxmayaraq ki, Azərbaycan prezidenti onların problemlərinin həlli ilə məşğul olur, amma bir milyondan artıq insanın normal yaşayış səviyyəsini saxlamaq asan deyil. Çünki həmin insanlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər və qayıtmalıdırlar.Buna görə də biz dialoq və insan haqlarının qorunması naminə Dağlıq Qarabağla bağlı alt komitəni yaratmışıq” - deyə AŞ PA sədri vurğulayıb. M.Çavuşoğlu təəssüflə deyir ki, Ermənistan tərəfi bu komitəyə qatılmır. “Ən azından Ermənistan AŞ PA-nın verdiyi qərara hörmət etməlidir. Çox təəssüf ki, ermənilər bunu etmir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4808.html