Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Medianın özünütənzimləməsi ilə bağlı yeni şəbəkə yaradılıb
11.10.11 02:25

Avropa Mətbuat Şuraları Alyansının Moskvada keçirilən XIII illik toplantısı başa çatıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qatıldığı iki günlük tədbirin ilk günü Avropada fəaliyyət göstərən eyni adlı qurumların hesabatları dinlənilib. MŞ-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun XII toplantıdan keçən müddətdə gördüyü işlərdən söhbət açıb. Tədbirin ikinci günündə iştirakçılar internet medianın cəmiyyətdəki rolu, bu tip media vasitələrində peşə davranışı qaydalarının pozulması halları, habelə mətbuatda rasizimin yayılmasındakı təzahür formaları və sair istiqamətlərdə fikir mübadiləsi aparıblar. Mətbuat şuralarının iqtisadi vəziyyətləri ilə də bağlı müzakirələrin getdiyi toplantıda mövcud sahədəki problemlərin mümkün həlli yollarına toxunulub. Ə.Amaşov Moskvada Avropa Şurasının Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələrin medianın özünütənzimləmə ilə məşğul olan qurumlarının vahid informasiya şəbəkəsinin yaradılmasına yönələn diskussiyalara da qatılıb. Müzakirələrin yekunu olaraq bu məkana daxil olan ölkələrdə özünütənzimləmə ilə əlaqədar şəbəkənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb, qurumun ali orqanı olan Baş Assambleyanın tərkibi, eləcə də onun İcra Aparatı formalaşdırılıb. Şəbəkənin məqsədləri içərisində bura daxil olan ölkələrdə etik jurnalistika, keyfiyyətli və peşəkar kütləvi informasiya vasitələrinin dəstəklənməsi və mövcud istiqamətdə təcrübə mübadiləsinin aparılması başlıca yer tutur. Şəbəkədə ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Tacikistanın özünütənzimləmə ilə bağlı media qurumları daxildir. Onların rəhbərləri qurumun Baş Assambleyası və Katibliyinin tərkibində təmsil olunurlar. Qeyd edək ki, tədbirdə Avropa Mətbuat Şuraları Alyansının XIV illki toplantısının Belçikanın paytaxtı Brüsseldə təşkili qərara alınıb.
URL / WWW
http://kelam.az/article/a-4807.html