Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda Beynəlxalq Humanitar Forum keçirilir
10.10.11 19:25

Bu gün “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” adlı Beynəlxalq Humanitar Forum işə başlayıb. “KƏLAMİNFO “xəbər verir ki, forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin forum iştirakçılarına prezident Dmitri Medvedevin təbrik məktubunu oxuyub. Sonra Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl çıxış edib. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza sabiq prezident Bill Klintonun məktubunu oxuyub. Tədbirdə AŞ PA sədri Mövlud Çavuşoğlu da çıxış edib. Forumda YUNESKO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanes Karklins təşkilatın baş direktoru İrina Bokovanın məktubunu oxuyub. Açılış mərasimi və birinci plenar iclas başa çatdıqdan sonra Forum iştirakçıları prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa, yeddi paneldə “İnkişafın iqtisadi modellərinin humanitar aspektləri”, “Dünyanı dəyişdirən müasir texnologiyalar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri”, “Biotexnologiyalar və etika problemləri”, “Multikulturalizm: nailiyyətlər və problemlər”, “Sosial jurnalistika və yüksək texnologiyalar”, “Elmlərin konvergensiyası” mövzularında diskussiyalar aparılacaq. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-4806.html