Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Finlandiya “Eurovision –2012” üçün mahnı seçimini başa çatdırıb
07.10.11 19:49

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012” mahnı müsabiqəsində iştirak edəcək Finlandiyada mahnı seçimini başa çatdırıb. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən bildirir ki, Finlandiyanın Bakıda keçiriləcək müsabiqə üzrə yayımçısı “YLE” telekanalına yarışmada iştirak üçün 540 mahnı təqdim edilib. Bildirilir ki, bu il finlandiyalı münsiflər daha çox rok musiqisinə üstünlük veriblər ki, bu da yüksək nəticəyə nail olmaq məqsədi daşıyır. Qeyd edək ki, peşəkar münsiflər heyəti tərəfindən seçiləcək 12 mahnı əvvəlcə radiolarda dinləniləcək, daha sonra isə ən çox dinləyici rəğbəti qazanan 6 mahnı fevralın 25-də keçiriləcək final mərasimində iştirak edəcək. Xatırladaq ki, Helsinki şəhərində keçiriləcək möhtəşəm finalda münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə Finlandiyanın “Eurovision–2012” mahnı müsabiqəsində Azərbaycana gələcək təmsilçisinin adı bəlli olacaq.
URL / WWW
http://kelam.az/article/a-4805.html