Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu: “Sabitlik elementi olmaqda davam edəcəyik”
07.10.11 19:49

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu dünyanın karbohidrogen ehtiyatlarının 68 faizinin Türkiyənin yaxın hövzəsində olduğuna diqqət çəkərək, ölkəsinin son 9 ildə həyata keçirdiyi xarici siyasətin bu hövzədə sabitlik elementi olduğunu söyləyib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, nazir Türkiyənin yaxın qonşularıyla «sıfır problem» siyasətini ortaya qoymasının, viza rejimini ləğv etməsinin, ətraf bölgələrdə vasitəçilik səyləri göstərməsinin və problemləri mümkün olduğu qədər sülh yolula həll etməyə yönəlik xarici siyasət kursu yürütməsinin səbəbinin yalnız beynəlxalq etibar qazanmaq olmadığını deyib: «Əksinə, bu böyük iqtisadi hövzədə enerjinin birbaşa çatdırılması məsələsində Türkiyənin sahib olduğu fövqəladə coğrafiyadan ən yaxşı şəkildə istifadə etmə cəhdidir. Biz bundan sonra həm böyük iqtisadiyyat və enerji bazarı olaraq, həm də enerji mənbələri ilə enerji istehlakçıları arasında keçid ölkəsi olaraq apardığımız xarici siyasətlə ətrafımızda, bu hövzədə sabitlik elementi olmağa, sabitliyi təşviq etməyə davam edəcəyik. Bu, qlobal iqtisadiyyat üçün də həyati dərəcədə əhəmiyyətlidir».
URL / WWW
http://kelam.az/article/a-4802.html