Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə Şəkiyə gedib
08.10.11 02:49

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şəki regional bölməsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tədbirdən öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Şəki Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri qoyublar. Konfransı giriş sözü ilə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb. Daha sonra TQDK-nın fəaliyyətinə dair qısametrajlı sənədli film nümayiş olunub. Elmi-praktik konfransda məruzə ilə çıxış edən TQDK sədri Məleykə Abbaszadə dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib. Qeyd olunub ki, 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsi aradan qalxıb, ümummilli liderimizin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü gərgin və ardıcıl işlər görülüb. TQDK sədri ölkəmizdə biliyin milli qiymətləndirmə sisteminin inkişaf yolundan geniş bəhs edərək Komissiyanın əldə etdiyi nailiyyətləri tarixi ardıcıllıqla sadalayıb.
URL / WWW
http://kelam.az/article/a-4796.html