Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qərib Məmmədov: Təhsil ocaqlarının paytaxtdan kənara köçürülməsi üçün torpaq sahəsinin ayrılmasına baxıla bilər
08.10.11 02:49

Bakıda fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarının paytaxtdan kənar digər yerlərə köçürülməsi və onların tikintisinə görə hansısa ərazidə torpaq sahəsinin ayrılması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət daxil olmayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov deyib. Ancaq bununla yanaşı, Q.Məmmədov deyib ki, DTXK-yə hökumət tərəfindən rəsmi müraciət olunarsa, bu məsələyə baxıla bilər. Q.Məmmədov hansısa ərazidə məktəb, yaxud tələbə yataqxanasının tikintisinə torpaq sahəsinin ayrılması üçün rəsmi müraciətin lazım olduğunu diqqətə çatdırıb: “Hələlik bu barədə məlumatım yoxdur. Ola bilsin ki, bu məsələ ilə bağlı hansısa fikirlər var. Ancaq bu barədə bizə məlumat daxil olmayıb. Müraciət olunarsa, məsələyə baxıla bilər”. Xatırladaq ki, təhsil naziri bəzi ali təhsil ocaqlarının paytaxtdan kənara köçürülməsinin mümkünlüyü ilə bağlı bir neçə dəfə açıqlama verib. Bu məsələnin reallaşmasına yaranan zərurət isə paytaxtda yaranan sıxlıqdır.
URL / WWW
http://kelam.az/article/a-4795.html