Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qərib Məmmədov: Bələdiyyələrə meşələri verək ki, onu qırıb təzədən satsınlar?
07.10.11 19:49

Azərbaycan bələdiyyələrinə əlavə torpaq sahəsinin ayrılmasına imkan yoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Hazırda ölkədə 1 718 bələdiyyənin fəaliyyət göstərdiyini diqqətə çatdıran Q.Məmmədov xatırladıb ki, onlara vaxtında dövlət torpaqlarının 23,5 faizi verilib. Türkiyədə bələdiyyələr tərəfindən onlara ayrılan torpaqlarda təsərrüfatlar yaratdıqlarını misal göstərən Q.Məmmədov bildirib ki, Azərbaycan bələdiyyələri bunu edə bilməyib, onlar torpaqların böyük hissəsini satıb, az bir qismini isə icarəyə veriblər. O, həmçinin diqqətə çatdırıb ki, bunu bələdiyyələr vaxtında düşünməli, torpaq alış-verişi ilə məşğul olmalı deyil, əksinə, onlara ayrılan torpaqlardan səmərəli istifadə etməli idilər. Dövlətin torpağının məhdud olduğunu xatırladan Q.Məmmədov bildirib ki, hazırda ölkədə 2,3 mln. hektar ərazi yaylaq-qışlaq torpaqları üçün verilib, 1,2 mln. hektarı meşə fondu, 200 min hektar isə su fondunun balansındadır: “Bələdiyyələrə torpağı haradan verək? Meşələri verək ki, onu qırıb təzədən satsınlar?” Q.Məmmədov bildirib ki, Azərbaycanın o qədər ərazisi yoxdur ki, bələdiyyələrə əlavə torpaq sahəsi verilsin. Xatırladaq ki, bu yaxınlarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri jurnalistlərə açıqlamasında deyib ki, bəzi bələdiyyələr müraciət edib ki, onlara mülkiyyətə verilməsi üçün əlavə torpaq sahəsi ayrılsın. A.Rəhimzadə Azərbaycan torpaqlarının məhdud olduğunu təsdiqləsə də bələdiyyələrə az bir miqdarda əlavə torpaq sahəsinin ayrılmasına baxıla biləcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-4792.html