Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP GB-nin nümayəndə heyəti Brüsselə səfər edəcək
07.10.11 19:49

Avropa Xalqları Partiyası (EPP) ilə Yeni Azərbaycan Partiyası arasında səmərəli əməkdaşlıq münasibətlərinə uyğun olaraq yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulub. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, EPP-nin dəvəti ilə 28 noyabr–4 dekabr tarixləri arasında YAP Gənclər Birliyinin nümayəndə heyəti Brüsseldə səfərdə olacaq. Səfər proqramı çərçivəsində nümayəndə heyəti EPP-nin, Avropa Birliyi və Avropa Parlamentinin baş qərargahında bir sıra görüşlər keçirəcək. Avropa Xalqları Partiyası Avropanın ən böyük siyasi partiyasıdır. Tərkibinə 39 ölkədən 74 siyasi partiya daxildir. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2008-ci ildən Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.
URL / WWW
http://kelam.az/article/a-4791.html