Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Rusiyanın Qarabağ konfliktinin həllində göstərdiyi səylərə Fransa da birbaşa qoşulur”
08.10.11 03:49

“Rusiyanın Minsk qrupu ilə birlikdə və ayrılıqda Qarabağ konfliktinin həllində göstərdiyi səylərə Fransa da birbaşa qoşulur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov söyləyib. Onun sözlərinə əsasən, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə məşğul olan dövlətdir. “Nikola Sarkozinin dünən İrəvanda verdiyi açıqlamalar, xüsusən status–kvonun qəbul edilməzliyi və bunun dəyişdirilməsinin vurğulanması ilə bağlı fikirləri düşünürük ki, Cənubi Qafqazdakı sülh yaratma proseslərinə, o cümlədən Minsk qrupunun 6 ay bundan əvvəl status–kvo barədə bəyan etdiyi missiyaya əlavə qatqı verəcək” - deyə Əli Həsənov vurğulayıb. Əli Həsənov bildirib ki, hər iki ölkə mövcud status-kvonun dəyişdirilməsi fikrindədir: “Status–kvonun da dəyişdirilməsi Azərbaycan torpaqlarının geri qaytarılması, Dağlıq Qarabağ ətrafında gedən danışıqların intensivləşdirilməsi, beynəlxalq hüququn və BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi deməkdir”.
URL / WWW
http://kelam.az/article/a-4789.html