Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Baş prokuror Zakir Qaralov İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb
07.10.11 19:49

Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Z.Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan digər nüfuzlu beynəlxalq təşkilatlarla yanaşı, tamhüquqlu üzv kimi İnterpolla da əlaqələrini uğurla davam etdirir. Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı, satışı, nüvə texnologiyalarının qacaqmalçılığının region ölkələri üçün təhlükəli olması, eyni zamanda, narkotiklərin satışından əldə olunan çirkli pulların separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr yaradılmasına, terror qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə xərclənməsinin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olması nəzərə alınmaqla, bu ümumbəşəri problemlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin zəruriliyi qonaqların diqqətinə çatdırılıb. Baş katib Ronald Nobl Azərbaycanın İnterpolun baş katibliyi və təşkilata üzv dövlətlərlə sıx əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını, xüsusilə cinayətkarlığa qarşı mübarizə sahəsində və insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib. Görüşdə cinayətkarlığa qarşı mübarizə və cinayət törətmiş şəxslərin tutularaq məsuliyyətə cəlb olunması, birgə konkret əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi, o cümlədən təcrübə və məlumat mübadiləsinə dair müvafiq əməli tədbirlərin bundan sonra da davam etdirilməsinə dair razılıq əldə edilib.
URL / WWW
http://kelam.az/article/a-4788.html