Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanda alman mədəniyyət tədbirləri keçiriləcək
07.10.11 02:26

Oktyabrın 8-də Azərbaycanda alman mədəniyyəti tədbirləri keçiriləcək. Almaniyanın ölkəmizdəki səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “European Movie Festival–2011“ kino festivalı çərçivəsində 8 oktyabr tarixində Almaniyanı iki müxtəlif üslubda təqdim edilən filmləri nümayiş olunacaq. Həmin gün saat saat 16:00-da Park Bulvar Planetariumunda sənədli film rejissorları Ştefan Kolbe və Kris Raytın müzakirə tədbiri və alman sənədli filmlərin nümayişi keçiriləcək. Burada Kolbe və Rayt sənədli filmlərindən parçaların nümayişi ilə yanaşı, tamaşaçılarla onların fəaliyyətləri və Almaniyada kino incəsənəti haqqında məlumat veriləcək. 20:30-da isə "Almanya - Willkommen in Deutschland" (“Almaniyaya xoş gəlmisiniz”) bədii filminin regionda premyerasının olacağı bildirilir. Almaniyanın “Gümüş film” mükafatı və digər çoxsaylı mükafatların sahibi olan film doğma ölkəsi olan Turkiyəni tərk etmiş və alman iqtisadiyatına qastarbayter qismində yardım etmək məqsədilə Almaniyaya köçmuş Hüseyn Yılmaz və onun ailəsinin taleyini yumor və həssaslıqla təsvir edir. Yasemin və Nəzrin Şamdərəli bacıları tərəfindən çəkilmiş film onların şəxsi həyatları ilə də qismən bağlılıq təşkil edir. Onların həyatlarını təsvir edən səhnələr tamaşaçıları Şərq və Qərb dünyası və bir ailənin mədəniyyəti və nəsilləri ilə tanış edir. Xatırladaq ki, mədəniyyət tədbirlərinə giriş pulsuzdur.
URL / WWW
http://kelam.az/article/a-4785.html