Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İran mətbuatının yanlış məlumatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkzib olunub
06.10.11 21:26

İran KİV-i dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında yanlış məlumat yayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, İran İslam Respublikasının “Fars Xəbər Agentliyi” və “Tehran Tayms” kimi informasiya vasitələri Azərbaycan ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstəriblər. “Tehran Tayms” Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim edim. “Fars Xəbər Agentliyi” də eyni kobud yanlışlığa yol verib. Baş verən kobud səhvlə əlaqədar, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva bildirib ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İranın mətbuat orqanlarına yol tapmış yanlış məlumatlara qarşı qəti etirazını və dərin təəssüf hissini bildirib: “Bütün tarixi, ədəbi məxəzlərin, dünya ictimaiyyətinin, Nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsasən Nizami Gəncəvinin İran şairi deyil, Azərbaycan şairi olduğunu, Azərbaycanın qədim şəhəri Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə qovuşduğunu bəyan edir”,-deyən Z.Əliyeva “9 əsr ərzində Nizami Gəncəvi adı, onun ölməz irsi həmişə Azərbaycana məxsus olmuş, dahi şairi dünya sivilizasiyasına Azərbaycan xalqı bəxş etmişdir. Dövrün ədəbi qaydalarına uyğun olaraq bir çox digər Azərbaycan şairləri kimi, Nizami Gəncəvinin də öz əsərlərini fars dilində yaratması onun milli mənsubiyyətini təyinetmə mövzusu olmayıb və ola da bilməz”,-deyə qəti şəkildə fikrini bildirib. Xatırladaq ki, bu qəti bəyanatdan sonra mətbuat katibi hansısa KİV orqanının səhvinin iki dövlətin münasibətlərinə xələl gətirməyəcəyini də bildirib: “İnanırıq ki, “Fars Xəbər Agentliyi”nin və “Tehran Tayms”ın yanlış məlumatları İran cəmiyyətinin mövqeyini ifadə etmir və hər hansı bir xəbər qurumunun mətbuat qanunlarına məsuliyyətsiz münasibəti İran – Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafına kölgə sala bilməz”.
URL / WWW
http://kelam.az/article/a-4784.html