Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Stiv Cobs vəfat edib
06.10.11 21:26

Səhhətində yaranmış problemlər səbəbilə bir müddət əvvəl “Apple” şirkətinin direktorluğu vəzifəsindən istefa verən, kompyuter dünyasının ən məşhur simalarından olan Stiv Cobs vəfat edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə açıqlama yayan «Apple» onun ruhunun əbədiyyətə qədər şirkət üçün ilham mənbəyi olacağını bildirib. 1955-ci ildə Kaliforniyada anadan olmuş Stiv Cobs valideyn diqqətindən kənarda qalıb. 16 yaşında tərəfdaşı Stiv Voznyakla birlikdə ilk «Apple» personal kompyuterini yaradıb. 1985-ci ildə Amerikanın prezidenti Ronald Reyqan Stiv Cobsu və Voznyakı bu sahədəki xidmətlərinə görə medalla təltif edib. Bundan sonra Cobs şirkətdən gedib və «Apple»ın mövqeləri bazarda zəifləyib. 1997-ci ildə Cobsun şirkəti qayıtması onu yenidən dünya birincisi edib. Cobs Steve Cobs hələ 2004-cu ildə xərcəng xəstəliyinə tutulduğunu elan etmişdi. 2006-cı ildə onun xərcəngə qalib gəldiyi deyilsə də, "Apple" rəhbəri bir neçə dəfə müalicədən keçməli olmuşdu. 2008-ci ildə “Bloomberg” agentliyi hətta onun ölümü ilə bağlı nekroloq da hazırlamışdı. Lakin səhhətini bərpa edən Cobs yenidən işinə qayıdaraq "Mənim ölümüm haqda şaiyələr bir qədər şişirdilib" - deyə Mark Tvenin məşhur kəlamını təkrar etmişdi. 2009-cu ilin yanvarında altıaylıq xəstəliyə görə məzuniyyətə gedən Cobs qaraciyərindən əməliyyat olunmuşdu. İndiyə qədər dünyada təxminən 108 milyon ədəd «iPhone» telefonu satılan «Apple» dünyanın ən bahalı şirkəti sayılır. Hazırda korporasiyanın büdcəsi 349 milyard dollara yaxındır. Artıq «iPhone 4S»-dən sonra «iPhone-5»-in bazara daxil olacağı məlumdur.
URL / WWW
http://kelam.az/article/a-4781.html