Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hakimliyə namizədlər üçün “Qərarların qəbulu, məhkəmə iclasının idarə olunması və məhkəmə çəkişməsi” adlı təlim keçirilib
16.12.09 20:51

Bu gün Ədliyyə Akademiyasında ABŞ Ədliyyə Departamentinin və Azərbaycan Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə hakimliyə namizədlər üçün “Qərarların qəbulu, məhkəmə iclasının idarə olunması və məhkəmə çəkişməsi” adlı təlim keçirilib. KƏLAMİNFO xəbər verir ki, təlimdə ABŞ-ın Luiziana ştatının federal hakimi xanım Helen Berriqan ölkəsinin ədliyyə sistemi barədə ətraflı məlumat verib. H.Berriqan, həmçinin iş təcrübəsi müddətində qarşılaşdığı çətinliklərdən danışmış və onların həlli yollarını hakimliyə namizədlərlə bölüşüb. Xanım H.Berriqan Bakıda olmağından məmnunluğunu bildirib, Azərbaycanın məhkəmə sistemində görülmüş işləri yüksək qiymətləndirib. Təlim iştirakçıları işlərini qruplara bölərək davam etdiriblər.
URL / WWW
http://kelam.az/article/a-478.html