Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Harvard Universiteti birinciliyi əldən verdi
06.10.11 21:26

Dünya şöhrətli Harvard Universiteti “Times Higher Education World University Rankings”in tərtib etdiyi reytinq cədvəlində birinciliyi əldən verib. «KƏLAMİNFO»nun məlumatına görə, Britaniyanın “Times Higher Education” jurnalının «Thomson Reuters» agentliyi ilə birgə tərtib etdiyi reytinq cədvəlində bu məlumat əks olunub. Liderliyi isə digər bir Amerika təhsil ocağı - Kaliforniya Texnoloji İnstitutu əldə edib. Harvard isə ikinci olub. Artıq iki ildir keçirilən reytinqə bütövlükdə dünyanın 400 ən yaxşı ali məktəbinin adı düşüb. Üçüncü yerdə Stenford, dördüncü yerdə Oksford yer alıb. Beşliyi isə Prinston Universiteti bağlayıb. İlk iki yüzlükdə ABŞ-ın 75 universiteti təmsil olunub. ABŞ-dan sonra isə 32 ali məktəbi ilə Böyük Britaniya gəlib. Rusiyanın məşhur Moskva Dövlət Universitetinin sonuncu yerlərdən birində olduğu bildirilsə də, onun adına cədvəldə rast gəlmək mümkün olmayıb. Lakin Sankt-Peterburq Dövlət Universitet sonuncu yerlərdən birində qeyd olunub. Türkiyəyə gəldikdə, bu ölkə ali məktəbləri ilə sözün əsl mənasında fəxr duya bilər. Belə ki, bu ölkənin Bilkənd universiteti 205, İstanbul Texniki Universiteti 285, Boğaziçi Universiteti 307-ci yerdə təmsil olunublar.
URL / WWW
http://kelam.az/article/a-4777.html