Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın regionla bağlı xarici siyasətində prioritet məsələdir
07.10.11 02:26

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə partiyanın mənzil-qərargahında görüşüb. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ-ın regionla bağlı xarici siyasətində prioritet məsələ olduğunu xüsusi vurğulayan səfir Metyu Brayza rəsmi Vaşinqtonun bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərdiyini nəzərə çatdırıb. Bu gün Azərbaycanda islahatların həyata keçirildiyini qeyd edən səfir Metyu Brayza iqtisadi sahədə ciddi irəliləyişin əldə olduğunu vurğulayıb.Əli Əhmədov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində ATƏT–in Minsk qrupunun həmsədri kimi ABŞ –ın oynaya biləcəyi rolu yüksək dəyərləndirildiyini bildirib və bu istiqamətdə Amerika administrasiyasının səylərini daha da artıracağına əminliyini ifadə edib. Azərbaycanda həyata keçirilən islahatlara toxunan Əli Əhmədov qeyd edib ki, bu, uğurlu nəticələri olan islahatlardır və bu istiqamətdə atılan addımlar xalq tərəfindən böyük dəstəyə malikdir. Əli Əhmədov görüşdə daha sonra ABŞ diplomatına Yeni Azərbaycan Partiyasının hazırkı fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-4773.html