Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
07.10.11 02:26

Bu gün Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Xorvatiyanın Dubrovnik şəhərinə yola düşür. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Eldar İbrahimov, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildir. Sessiyada “ATƏT-in münaqişələrin həllində rolu: Dağlıq Qarabağ” mövzusunda xüsusi təqdimat keçiriləcək, münaqişə barədə təşkilatın Parlament Assambleyasında ilk dəfə olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin məruzələri dinləniləcək, məruzələr ətrafında müzakirələr aparılacaq. Sessiyada, həmçinin Cənub-Şərqi Avropa regionunun inkişafı, bu regionun ölkələri arasında iqtisadi əməkdaşlıq, onların Avroatlantik məkana inteqrasiyası, Aralıq dənizi bölgəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi və digər məsələlərə də baxılacaq. İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər. Səfər oktyabrın 11-ə qədər davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-4772.html