Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Müstəqilliyin 20-ci ildönümünə həsr edilən tədbir keçirilib
06.10.11 21:26

Bu gün Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə müxtəlif nazirliklər, QHT-lər, beynəlxalq təşkilatlar və ali təhsil ocaqlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən DQMK sədri ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu ilə bağlı aparılan islahatlar, onun uğurlu nəticələrindən bəhs edib və qeyd edib ki, bu proses davam etdirilir. Beş illik fəaliyyətləri dövründən bəhs edən B.Xəlilov bildirib ki, bu illər ərzində dövlət qulluğuna qəbulla bağlı 10 müsabiqə keçirilib, 11-ci müsabiqə isə davam edir. Müsabiqələrə çıxarılan 4888 vakant vəzifə üzrə qeydə alınan 22792 namizəddən 6065 nəfəri test imtahanlarında uğur qazanıb. 10 müsabiqə üzrə test imtahanlarından uğurla keçən 4917 namizəddən 1462-si vakant vəzifəyə uyğun hesab edilib və onlardan 1125-i müxtəlif dövlət orqanlarında vakant vəzifələrə təyinat alıb. DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyeva müstəqil Azərbaycanın dövlət qulluğu sahəsində keçdiyi inkişaf yolunu əks etdirən təqdimatla çıxış edib. O, “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsi, DQMK-nin yaradılmasını şərtləndirən amillər, Komissiyanın hüquqi statusu və əsas fəaliyyət istiqamətləri, dövlət qulluğuna qəbulda obyektivlik və şəffaflığın təmin edilməsi və digər məsələlər haqqında ətraflı məlumat verib. Sonra tədbir iştirakçıları dövlət qulluğu məsələləri ilə bağlı fikirlərini bölüşüb və bir sıra təkliflər səsləndiriblər.
URL / WWW
http://kelam.az/article/a-4771.html