Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısında çıxış edib
06.10.11 21:26

Bu gün Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı işinə başlayıb. Üç gün davam edəcək tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. MŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Amaşov XII illik toplantıdan keçən müddət ərzində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Əsasən quruma ünvanlanan şikayətlər üzərində dayanan sədr vurğulayıb ki, MŞ ölkə mediasındakı neqativ hallarla mübarizədə ictimai qınağa üstünlük verir. Bununla yanaşı Şura ölkədə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsi istiqamətində də işlər aparır. “Diffamasiya haqqında” qanun layihəsinin hazırlanmasına diqqət çəkən Ə.Amaşov ötən müddətdə paralel olaraq jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirildiyini də vurğulayıb. O, həmçinin bildirib ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurası özünün iş təcrübəsini postsovet ölkələrində eyni missiyalı qurumların formalaşdırılmasında bölüşə və mövcud məkanda özünütənzimləmə ilə bağlı vahid informasiya şəbəkəsinin qurulmasında yaxından iştirak edə bilər. Avropada fəaliyyət göstərən Mətbuat şuralarının fəaliyyətlərinin təhlil olunacağı, müxtəlif ölkələrdə bu qurumların fərqli iş prinsipləri ətrafında fikir mübadiləsinin aparılacağı toplantı öz işini davam etdirir.
URL / WWW
http://kelam.az/article/a-4770.html