Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
06.10.11 21:26

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov verib. Onun sözlərinə görə, yoxsulluğun azaldılması üzrə Dövlət Proqramında 2015-ci ilə qədər komissiyanın qarşısına belə bir vəzifə qoyulub. B.Xəlilov deyib ki, məcəllənin hazırlanması ilə bağlı işçi qrupu yaradılıb və onun tərkibinə hüquqşünaslar, beynəlxalq ekspertlər daxildir. B.Xəlilov məcəllənin məqsədi barədə də məlumat verib. “Dövlət qulluğu qanunvericiliyi 30-dan çox qanun və 10-dan artıq digər qanunvericilik aktından ibarətdir. Belə qərara gəlmişik ki, bu qanunvericiliklər bir məcəllə olsa, onun yerlərdə tətbiqi daha asan olar. Məcəlləşmə aparılandan sonra dövlət qulluğu ilə bağlı bir sıra qanunların təkmilləşdirilməsinə də böyük önəm veriləcək”.
URL / WWW
http://kelam.az/article/a-4768.html