Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda kibercinayətkarlıqla mübarizə mövzusunda konfransa start verilib
07.10.11 02:22

Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Bakıda “Kibercinayətkarlıqla mübarizə: bir çox sahələri əhatə edən kibertəhlükəsizliyin əsas vəzifəsi” mövzusunda konfransa start verilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransı ATƏT-in Bakı ofisi, Azərbaycan hökuməti, ATƏT katibliyinin terrorizm əleyhinə fəaliyyət və strateji polis məsələləri şöbələri, eləcə də Avropa Şurasının dəstəyi ilə təşkil edib. ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Turqay qlobal kibertəhlükəsizliyi təmin etmək üçün kibercinayətkarlığa qarşı hökumtlərin cəlb olunması zəruriliyini vurğulayıb. Qeyd edək ki, konfransda kibercinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində ən yaxşı təcrübələr müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-4767.html