Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və incəsənət işçilərinə orden və mükafatlar təqdim olunub
06.10.11 02:27

Prezident İlham Əliyev tərəfindən fəxri adlarla təltif olunan bir qrup mədəniyyət və incəsənət nümayəndələrinə bu gün orden və mükafatlar təqdim olunub. “KƏLAMİNFO” xəbər verir ki, orden və mükafatları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. “Bu gün təltif olunan insanlar mədəniyyətimizə böyük töhfə vermiş insanlar – xalqın tanıdığı və hörmət etdiyi şəxslərdir. Dövlətin yaratdığı imkanlar və bu insanların sayəsində bu gün Azərbaycan mədəniyyəti və incəsənəti yalnız ölkə daxilində deyil, eyni zamanda bütün ölkələrdə tanınır” deyən nazir Muzey Mərkəzində təşkil olunan təltifetmə mərasimində fəxri ad alanları təbrik edib. Qeyd edək ki, prezidentin imzaladığı sərəncama əsasən, mədəniyyət və incəsənət sahəsində göstərdikləri fəaliyyətlərinə görə 59 nəfər fəxri adlara layiq görülüb. Sərəncama əsasən 1 nəfər “Şöhrət” ordeninə, 2 nəfər “Xalq artisti”, 7 nəfər “Əməkdar incəsənət xadimi”, 30 nəfər “Əməkdar artist”, 1 nəfər “Əməkdar rəssam”, 13 nəfər “Əməkdar mədəniyyət işçisi”, 5 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” fəxri adlarına layiq görülüb. “Şöhrət” ordeni ilə təltif olunan Xuraman Qasımova bu ada layiq görüldüyünə görə özünü xoşbəxt saydığını, Azərbaycan xalqı qarşısında baş əydiyini bildirib. Xatırladaq ki, mərasimdə Ağasəməd Səmədov, Zabit Nəbizadə, Barat Alıyev, Elşad Bağırov, Rövşən Quliyev, Vaqif Gərayzadə, Aygün Səmədzadə, Ziya Şıxlinski, Böyükağa Məmmədov, Vahid Əliyev, Yadulla Həşimi, Səbuhi İbayev, Zöhrə Abdullazadə, Abbas Bağırov, Tahir İmanov, Lalə Məmmədova və başqaları layiq görüldükləri fəxri ad və mükafatlarla təltif olunub.
URL / WWW
http://kelam.az/article/a-4764.html