Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » 13 min il əvvəlki azyaşlılar
05.10.11 20:27

Fransa ərazisində eramızdan əvvələ aid olan bir mağarada azyaşlı rəssamlara aid olduğu iddia edilən rəsmlər geniş müzakirə obyekti olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Kembric Universitetinin alim-arxeoloqlarının apardığı araşdırmanın nəticələri mağaranın divarındakı 13 min il tarixi olan rəsmlərin 3-7 yaş arası balacalar tərəfindən çəkildiyini göstərir. Fransanın Dordoqna ərazisindəki bu mağarada uzun illərdir ki, araşdırmalar aparılır. Araşdırma missiyasının rəhbəri arxeoloq Cess Kuuni divarlardakı heyvan rəsmlərinin azyaşlılara məxsus olduğundan, hətta müəlliflərin cinsiyyətini də dəqiqləşdirməyə imkan verdiyindən əminliyi ifadə edir. Kuuni bir nəfər tərəfindən çəkilmiş rəsmlərin oxşar cəhətlərinin tapılaraq qruplaşdırılmasının mümkün olduğunu da deyir. Arxeoloqun sözlərinə görə, oradakı rəsmlər 4 azyaşlı rəssamın əl işidir. Onların çəkdiyi heyvan fiqurları digərlərindən fərqli olaraq natamam, boyasızdır və rəsmlərdəkilərin dəqiq hansı heyvan olduğunu demək çətindir. Onun sözlərinə görə, rəsmlərdə təxəyyül effektlərinin olması 13 min əvvəlki azyaşlıları xüsusi bir araşdırma obyektinə çevirir. Məlumat üçün bildirək ki, eramızdan əvvəlki dövrə aid olan bu mağara 1965-ci ildə kəşf edilib.
URL / WWW
http://kelam.az/article/a-4762.html