Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafinin gizləndiyi ev tapıldı
05.10.11 20:27

Liviya Milli Keçid Şurasının əsgərləri eks-lider Müəmmar Qəddafiyə məxsus olduğu güman edilən evə daxil olublar. Bu ev Qəddafinin anadan olduğu Sirt şəhərinin cənubunda Abu Habi adlanan kənddədir. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, evdə Qəddafinin xoşladığı bədəvi çadırı tapılıb. Bundan başqa, evin içində Qəddafinin istifadə etdiyi bəzi əşyalar aşkarlanıb. Qeyd edək ki, Şuranın döyüşçüləri bazar ertəsi adıçəkilən kəndi ələ keçirdiklərini bəyan ediblər. Kəndin Milli Keçid Şurası tərəfindən ələ keçirilməsi strateji əhəmiyyət kəsb edir. Çünki belə olduğu təqdirdə Qəddafiyə sadiq döyüşçülərin əsas təchizat marşrutu bağlanmış olur.
URL / WWW
http://kelam.az/article/a-4759.html