Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Levon Ter-Petrosyan: “Serj, xahiş edirəm, tualetləri aç!”
05.10.11 20:27

«Serj, xahiş edirəm, tualetləri aç. Xalqa nümayiş etdir ki, sən bir məsələni həll edə bilirsən». Bu bəyanatla Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan «Azadlıq» meydanında keçirdikləri sutkalıq mitinq zamanı hazırkı dövlət başçısı Serj Sarkisyana müraciətində deyib. «KƏLAMİNFO» «Armenia Today»a istinadən xəbər verir ki, sanitar-gigiyenik məsələ Ermənistanın daxili siyasətində əsas müzakirə mövzusuna çevrilib. Bu, tualetlər məsələsidir. Ter-Petrosyan bildirib ki, EMK bu məsələ ilə bağlı polis rəhbərliyinə və şəhər meriyasına müraciətlər edib. Onlar də məsələni həll edəcəklərinə söz versələr də, bunu hələ də etməyiblər: «Mən əminəm ki, nəqliyyat blokadası əmri birbaşa prezidentdən gəlib, ətrafdakı kafelər bağlanılıb. Lakin məni güllələsəniz də demərəm ki, tualetləri şəxsən Sarkisyan bağlatdırıb. Mən heç zaman Serj Sarkisyandan nəsə xahiş etməmişəm. Lakin hakimiyyət bu məsələni həll etmədiyinə görə köhnə dostum Sarkisyana müraciət edirəm (nəzərə alsaq ki, 10 il onunla işləmişəm). Ona xahişlə müraciət edirəm, Serj, tualetləri açdır. Yoxsa biz bütün dünyanın qarşısında rüsvay olacağıq».
URL / WWW
http://kelam.az/article/a-4758.html