Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakı Turizm İnformasiya Mərkəzi Fransa Turizm İnstitutu ilə əməkdaşlıq edəcək
05.10.11 20:27

Bakı Turizm İnformasiya Mərkəzi (BTİM) Fransanın Turizm İnstitutu ilə əməkdaşlıqla bağlı sənəd imzalayıb. “KƏLAMİNFO” mərkəzin direktor müavini Bəxtiyar Qılıncova istinadən xəbər verir ki, tərəflər arasında əməkdaşlığın qurulmasını özündə ehtiva edən müqavilə BTİM-ə Azərbaycanda turizmin inkişafı sahəsində müxtəlif proqramların və layihələrin hazırlanmasında Fransa Turizm İnstitutunun peşəkar təcrübəsindən istifadə etmək imkanı yaradacaq. Sənəd çərçivəsində gələcəkdə ölkədə turizmin inkişafına təkan verəcək layihələrin reallaşdırılması, turizm informasiya mərkəzlərinin əməkdaşlarına Fransa Turizm İnstitutunun mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi nəzərdə tutulur. B.Qılıncov bildirib ki, Bakı Turizm İnformasiya Mərkəzi indiyə qədər müxtəlif ölkələrin eyniadlı qurumları ilə 9 əməkdaşlıq sənədi imzalayıb. Ali təhsil müəssisəsi ilə qurumun əməkdaşlığı isə ilk dəfədir.
URL / WWW
http://kelam.az/article/a-4755.html