Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da qəbul proqramlarının yenidən hazırlanması məqsədilə işçi qrupu yaradılıb
05.10.11 20:27

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Fizika fənni üzrə elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Gündəlikdəki məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olub. Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemdə internet vasitəsilə videobağlantı əsasında öz fikirlərini bildirib, təkliflərini veriblər. Qəbul proqramlarının yenidən işlənib hazırlanması məqsədilə işçi qrupu yaradılıb. Növbəti seminarda 2012-ci ildə ali məktəblərə qəbul imtahanının keçirilməsi üçün qəbul proqramının müzakirəsinə başlanacaq.
URL / WWW
http://kelam.az/article/a-4753.html