Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Diplomatik Akademiyası magistraturaya tələbə qəbuluna başlayıb
05.10.11 20:27

Azərbaycan Diplomatik Akademiyası (ADA) 2012-2013-cü tədris ili üçün Diplomatiya və Beynəlxalq Münasibətlər (MADİA proqramı) üzrə magistraturaya tələbə qəbuluna başlayıb. ADA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, magistraturada təhsil iki illikdir və ingilis dilində aparılır. Əlaçı tələbələr tam pulsuz təhsil alırlar. Həmçinin təhsil xərclərini ödəmək üçün təhsil krediti də mövcuddur. Dərslər beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq iqtisadiyyat sahələrini əhatə edir və tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən keçirilir. Seçilmiş tələbələr İngiltərənin Qlazqo Universitetinə və İsveçrənin Cenevrə Təhlükəsizlik Araşdırmaları Mərkəzinə bir semestrlik mübadilə proqramlarına göndərilirlər. Eyni zamanda, təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edirlər. Tələbələr yayda ABŞ, Avstriya, Rusiya, İtaliya, Gürcüstan və digər ölkələrin nüfuzlu qurumlarında təcrübə keçirlər. ADA-da təhsil almaq istəyən gənclər üçün hər çərşənbə axşamı saat 16:00-da Məlumat Sessiyaları keçirilir. Daha ətraflı məlumat ADA-nın veb səhifəsindədir (www.ada.edu.az/admissions). Həmçinin, 6-8 oktyabr tarixlərində keçiriləcək Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisində Akademiyanın stendində ADA-nın bütün proqramları haqqında məlumat almaq olar. Qeyd edək ki, bu günə kimi ADA-nın MADİA proqramında azərbaycanlı tələbələrlə yanaşı Çexiya, Meksika, Pakistan, Rusiya Federasiyası, ABŞ, Macarıstan, Qambiya, Gürcüstan, Keniya, Argentina, Ukrayna və Fici adaları vətəndaşları da təhsil alıblar və ya almaqda davam edirlər.
URL / WWW
http://kelam.az/article/a-4752.html