Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bolqarıstan türk dilinin qadağası ilə bağlı referendum keçirəcək
16.12.09 20:51

Bolqarıstanın dövlət telekanalında türk dilində yayımlanan verilişlərin qadağan edilməsinə dair referendum keçilə bilər. KƏLAMİNFO xəbər verir ki, referendum məsələsini ATAKA Partiyasının lideri Volen Siderov baş nazir Boyko Borisov müzakirə edib. Rəsmilərin görüşündən sonra keçirilən mətbuat konfransında baş nazir sədri olduğu GERB Partiyasının ATAKA Partiyası tərəfindən türk dilində xəbər proqramının dövlət televiziyasında yayımının dayandırılmasını nəzərdə tutan referendumun keçirilməsi barədə təklifini parlamentdə dəstəkləyəcəyini bildirib. Boyko Borisov qeyd edib ki, referendum nəticəsində xalqın dövlət televiziyasında türk dilində xəbərə qulaq asıb-asmamaq istəməsi məlum olacaq. Onun sözlərinə görə, hər kəs peyk antenaları vasitəsi ilə istədiyi dildə istədiyi telekanalı izləyə bilər. Baş nazirin sözlərinə görə, dövlət televiziyasında yalnız türk dilində xəbər proqramının yayımlanması ölkədəki digər etnik azlıqlara qarşı haqsızlıqdır.
URL / WWW
http://kelam.az/article/a-475.html