Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan gənclərinin xaricdə təhsilinə ayrılan vəsait artırılıb
05.10.11 20:27

Bu il "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasına ayrılan vəsait artırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı təhsil nazirinin müavini Qulu Novruzov deyib. Nazir müavini açıqlayıb ki, Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Neft Fondundan 15 mln. manat vəsait ayrılıb. Onun sözlərinə görə, hər il xaricdə təhsil üçün DNF-dən 10 mln. manat vəsait ayrılırdı. Bu il isə bu rəqəm artırılıb. Q.Novruzov deyib ki, ayrılan vəsait onların təhsili, yaşayışı, sığortası, beynəlxalq gediş-gəlişi üçündür. O, 2007-ci ildən bu günə qədər xaricdə təhsil alanlarını sayının 1200-ü ötdüyünü də qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-4749.html