Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyasına qatılacaq
05.10.11 20:27

Sabah Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev qurumun 57-ci illik sessiyasında iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfərə yola düşəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında kiber təhlükəsizliyinə dair, bioloji və kimyəvi təhdidlərə qarşı mübarizə ilə əlaqədar müzakirələr aparılacaq. Avropada çətin maliyyə mühiti ilə üzləşmə, iqtisadi böhran və maliyyə möhkəmliyi məsələləri nəzərdən keçiriləcək. Qurumun müvafiq komitələrində Liviya xalqının dəstəklənməsinə, Yaxın Şərqdə və Şimali Afrikada siyasi transformasiyaya, eləcə də Əfqanıstana dair qətnamə layihələrinə münasibət bildiriləcək. Plenar iclasda NATO PA-nın prezidenti Karl Lamers və NATO-nun Baş katibi Anders Rasmussen, həmçinin Rumıniyanın prezidenti Trayan Basesku, Rumıniya Senatının və Deputatlar Palatasının sədrləri çıxış edəcəklər. Azərbaycan parlamentinin nümayəndə heyəti məsələlərə münasibətdə ölkəmizin mövqeyini bildirəcək. Səfər oktyabrın 10-da başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-4748.html